Xəzər Xəbər

Həmsədrlər ifşa edildi - VİDEO

Veb TV | 19:52 • 23 Oktyabr 2020
Həmsədrlər ifşa edildi -

25 illik fasilədən sonra bu il oktyabrın 19-da Dağlıq Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılıb. Nəticə olaraq həmsədrlər tərəfindən öz üslublarına uyğun - məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında heç bir fərq qoyulmayan yeni bir bəyanat layihəsi hazırlanıb.

"Atəşkəsə nail olunmalı, danışıqlar aparılmalı" kimi şablon, çeynənmiş fikirlərlə açıq-aşkar işğalçının tərəfini tutduqlarını bütün dünyaya bəyan edən həmsədrlər növbəti dəfə özlərini ifşa ediblər.

Xezerxeber.az-ın məlumatına görə, məsələyə münasibət bildirən Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, hazırlanan yeni bəyanat layihəsində Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin heç birinə istinad yoxdur.

Bundan sonra, Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə təkidlə mövcud qətnamələrə istinad olunmasını tələb edib. Bu ölkələrin israrlı və prinsipial mövqeyindən sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri götürmək məcburiyyətində qalıblar.

"Qoşulmama hərəkatına qoşulmaq Azərbaycanın nəyinə lazımdır?", "Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımları edilir" kimi ifadələri zaman-zaman səsləndirən müxalifət nümayəndələri öz cavablarını yəqin ki, almış oldular. Bu fakt onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət xətti ölçülüb-biçilib, düşünülüb və uzunmüddətli hədəflərə hesablanıb. Əgər vaxtında Azərbaycan Qoşulmama Hərəkatında aktiv rol oynamasaydı, bu gün BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan bəyanatı ilə üz-üzə qala bilərdik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti