Xəzər Xəbər

Lənkəranda film kimi cinayət – 80 minlik qızıl oğurlandı VİDEO

Veb TV | 10:57 • 13 Avqust 2020
Lənkəranda film kimi cinayət – 80 minlik qızıl oğurlandı

Quldurluq yolu ilə Lənkəran sakininin 80 min manat dəyərində qızılını ələ keçirən şəxslər saxlanıb. Onlar zərgərə zor tətbiq edərək onun qızıl dolu çantasını aparıblar.

Lənkəran Polis Şöbəsinə "VAZ-2106" markalı avtomobildə olan şəxslərin zərgər Tural Fətullazadəni döyüb içərisində 80 min manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Nazim Xəlilov, Masallı rayon sakinləri Ziya Hüseynzadə və İbrahim Məmmədli polis əməkdaşları tərəfindən saxlanıb. Şəxsi axtarış zamanı onlardan psixatrop maddə olan metamfetamin dəaşkar edilərək götürülüb.

Quldurluq əməlinin iştirakçısı olmaqda şübhəli bilinən digər bir şəxs Masallı sakini Elməddin Hüseynovun tutularaq istintaqa təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Faktla bağlı Lənkəran Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti