Xəzər Xəbər

Postpandemiya dövründə turizmin dirçəlməsi üçün işlər görülür - VİDEO

Veb TV | 21:02 • 1 İyul 2020
Postpandemiya dövründə turizmin dirçəlməsi üçün işlər görülür -

Pandemiya dövründə ən çox ziyan dəyən sektorlardan biri turizmdir.

Virusa yoluxmanın qarşısını almaq üçün dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan öz sərhədlərini bağladı. Elə bununla da turizm sektorunda ciddi durğunluq dövrü başladı.

Halbuki, son illərdə Azərbaycanda turizm xeyli inkişaf edib. Bu vaxt ərzində 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib ki, bunun nəticəsində turist axını 15 faiz artıb. Ölkəyə gələn əcnəbilər hər il təqribən 1,5-2 milyard dollarlıq maliyyə əməliyyatları həyata keçiriblər ki, bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, hazırkı vəziyyətdə turizm sektoru zəifləməyə davam edir. Çünki istər daxili, istərsə də xarici turizmdə durğunluq hökm sürür. Amma buna baxmayaraq, bu dövr ərzində də dövlət turizmə dəstəyini artırırıb.

Turizmin postpandemiya dönəmində dirçəlməsi üçün ölkədə zəruri olan bütün tələblər təmin edilib. Turizmlə məşğul olan sahibkarların bu vəziyyətdən çıxmaları üçün lazımi işlər görülür.

Azərbaycanda turizm sektorunun yenidən inkişaf dövrünə qayıdacağına heç bir şübhə yoxdur. Çünki ölkəmizdə turizmin bərpasına kömək edə biləcək bütün amillər mövcuddur. Dövlətin dəstəyi başda olmaqla, sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqın qonaqpərvərliyi, coğrafi mövqe, tarixi abidələr, füsunkar təbiət və digər faktorlar bunu deməyə əsas verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti