Xəzər Xəbər

Fermerlərin kredit almaq imkanları asanlaşacaq - VİDEO

Veb TV | 20:09 • 10 Aprel 2020
Fermerlərin kredit almaq imkanları asanlaşacaq -

Dövlət başçısının aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, yeni mexanizm fermerlərə girovsuz mikrokreditlər vermək imkanı yaradır.

Qurumun rəhbəri qeyd edib ki, sözügedən Fərman fermerlərə 15 min manatadək girovsuz mikrokredit vermək mexanizmi formalaşdırmaq imkanı yaradır.

Mirzə Əliyevin sözlərinə görə, məhsulun əkildiyi dövrlə yığıldığı dövr arasında müəyyən zaman kəsiyinin olduğu nəzərə alınaraq, mikrokreditlər üçün istiqamətindən asılı olaraq 1 ilə qədər güzəşt müddəti də nəzərdə tutulub. Eyni zamanda sənədləşmədə sürətli keçid mexanizmləri hazırlanıb ki, bu da fermerlərin maliyyəyə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti