Xəzər Xəbər

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi VİDEO

Veb TV | 20:02 • 9 Noyabr 2019
"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verildi

Bir müddət əvvəl açılışı edilən Koroğlu Mübadilə Mərkəzi istifadəyə verilib. Burda sərnişinlərin rahatlığı üçün bütün imkanlar yaradılıb. Bakı ətrafı qəsəbə və kəndlərə gedən avtobuslar bu məkanda cəmləşib.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi vətəndaşların istifadəsinə verildi.

Müasir standartlara uyğun şəkildə təşkil edilən yeni mübadilə mərkəzi bir sıra üstünlükləri ilə diqqət çəkir. Burda müasir gözləmə zalları və sürücülərin istirahət otaqları təşkil edilib.

Bununla yanaşı, mübadilə mərkəzində əlil şəxslərin rahat hərəkət edə bilmələri də nəzərə alınıb. Həmçinin məlumatverici lövhələrdə istiqamətlər və marşrut xətləri qeyd edilib.

Vətəndaşlar da marşrut avtobuslarının hərəkətində nizam-intizamın yaradıldığını deyirlər.

Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin sözlərinə görə, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə hələ bir müddət ərazidə könüllülər fəaliyyət göstərəcəklər.

Xəbər lenti