Xəzər Xəbər

Bakıdakı məşhur körpü SÖKÜLÜR VİDEO

Veb TV | 19:58 • 5 İyun 2019
Bakıdakı məşhur körpü SÖKÜLÜR

Paytaxt Bakının əsas körpülərindən sayılan,Cavanşir körpüsünün sökülməsi planlaşdırılır.

Sürücülərin körpünün söküləcəyi ilə bağlı fikirləri birmənalı deyil

Yol hərəkəti məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, körpünün söküləcəyi təqdirdə bütün hərəkət iştirakçılarının uzlaşdırılması nəzərə alınmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təkliflər qəbul edildikdən sonra onun sökülməsinə başlanılacaq. Qeyd edilib ki, bütün hərəkət iştirakçılarının rahatlığın təmin ediləcək. Belə ki, piyadaların hərəkəti üçün yeraltı keçid, işıqforlar, avtomobillərin manəesiz hərəkəti üçün əlavə yol birləşmələri nəzərdə tutulub.

Xəbər lenti