Xəzər Xəbər

Bu dərs digərlərindən fərqlənir VİDEO

Veb TV | 19:57 • 4 İyun 2019
Bu dərs digərlərindən fərqlənir

Fərqli salamlaşma olur, ardınca isə himn oxunur.

Görüntülər Mingəçevirdə yerləşən 20 nömrəli orta məktəbdəndir. Bu təhsil ocağında Azərbaycan dili-ədbiyyat dərsinin tədrsi digərlərindən fərqlənir. Fənn müəllimi Günel Bəylərqızı sinifə daxil olub şagirdlərlə salamlaşır, hal-əhval tutur. Yüksək əhval ruhiyyədə dərs başlayır. Müəllim şagirdlərin sərbəstliyi üçün, fikirlərini ifadə etməsi üçün onlara şəarit yaradır.

Keçilən mövzuya uyğun olaraq sinif otağındakı monitorda videorolik nümayiş etdirilir. Şagirdlərin dərs zamanı yorğunluğunu hiss edən müəllimə bacarığı olanlardan birini meydana dəvət edir və onlarla birlikdə oxumağa başlayır.

Dərslər hava şəaritinə uyğun olaraq məktəbin həyətində və başqa məkanlarda da təşkil edilir.

Günel Bəylərqızı şagirdləri həm də vətənpərvər ruhda yetişdirir. Bu məqsədlə də şagirdlərini Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinə və hərbi hissələrə aparıb. Dərslərdə onlara şəhidlər haqqında məlumatlar verib

Xəbər lenti