Burunun içindən çıxan diş əməliyyatla çıxarıldı - Bakıda - VİDEO

13.10.2019 19:17

Bakı şəhərindəki klinikaların birində çox az hallarda icra edilən əməliyyat olub. Burunun içindən çıxan diş cərrahi müdaxilə ilə çıxarılıb. Nadir hallarda baş verən bu əməliyyatı edən həkim "Xəzər Xəbər"ə danışıb.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə burunun içərisinə alətlərlə müdaxilə edilib. Kiçik bir prosedurdan sonra isə orda bitən diş çıxarılıb.

Həkim-stomatoloq Naib Bayramov deyib ki, sözügedən əməliyyat nadir hallarda olur. Onun sözlərinə görə, dişin burunun içində çıxması daha çox gizli formada olur və özünü demək olar ki, çox vaxt biruzə vermir. Nadir hallarda nəfəs almaqda problem kimi özünü biruzə versə də, çox vaxt sakit formada olur.

Naib Bayramov bildirib ki, dişin bu formada çıxmasının bir neçə səbəbi var. Həkimin sözlərinə görə, bu günə kimi belə problemlə 2 xəstə əməliyyat edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



© xezerxeber.az

FOTOQALERIYA






823 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR