Xəzər Xəbər

"WhatsApp" istifadəçilərə xəbərdarlıq etdi

Texnologiya | 08:54 • 2 İyun 2020
"WhatsApp" istifadəçilərə xəbərdarlıq etdi

"WhatsApp" messencer istifadəçilərinə fırıldaqçıların hesablarına daxil ola biləcəkləri yeni sxem barədə xəbərdarlıq edib.

Bu barədə "Forbes" xəbər verir.

Bildirilir ki, profillərin oğurlanması telefon nömrəsi ilə bağlanılma və messencerin SMS vasitəsilə təsdiqlənməsi sistemindən istifadə etməsi səbəbindən mümkün olub.

Qeyd olunur ki, yeni cihazda hesabı daxil etmək üçün "WhatsApp" istifadəçiləri SMS vasitəsilə onlara gələn xüsusi kodu daxil etməlidirlər. Fırıldaqçılar məhz bundan yararlanırlar.

Potensial zərərçəkənin tanışlarından kiminsə "WhatsApp" və ya "Facebook"a daxil olmasındansonra aşağıdakı mesaj göndərilir: "SMS göndərə bilmirəm, ona görə də "WhatsApp"dan kod ala bilmirəm. Nömrənizə bir şifrə göndərməyimi xahiş etdim. Xahiş edirəm onu mənə yönləndirin".

Xəbər lenti