Xəzər Xəbər

"Apple" bu hərəkəti ilə diqqəti üzərinə çəkdi

Texnologiya | 21:15 • 28 Noyabr 2019
"Apple" bu hərəkəti ilə diqqəti üzərinə çəkdi

"Apple”ın Rusiyadakı xəritə tətbiqi istifadəçiləri olduqca maraqlı vəziyyəti müşahidə ediblər.

Tətbiq istifadəçiləri Krımın Rusiya ərazisinə daxil olduğu xəritə ilə qarşılaşıblar.

İlhaq hadisəsinin ardından bu ölkədə "Apple Xəritələr” ya da "Hava Vəziyyəti” xidməti istifadə edən şəxslər Krımın Rusiyaya bağlı bir bölgə olduğunu görüblər.

Qeyd edək ki, oxşar mövzu ilə əlaqədar "Apple” CEO-su Tim Kuk 2017-ci ildə açıqlama vermişdi: "Gedib bir ölkənin bazarına girəndə, o ölkənin qanun və qaydalarına tabe olmalısınız. Ora istədiyiniz qanun və qaydaları gətirə bilməzsiniz”.

Xatırladaq ki, 2014-cü ildə Rusiya Ukraynadakı qarışıqlıqların ardından Krıma əsgər göndərmişdi. Çox uzun müddət dünya gündəmini məşğul edən bu hadisənin ardından bölgənin vəziyyəti böyük müzakirə mövzusu olmuşdu./publika.az


Xəbər lenti