Rusiyaya məxsus "Союз МС-13" peyki orbitə buraxılıb

21.07.2019 12:21

Rusiyanın "Союз МС-13" kosmik gəmisi üç ekipajla (Rus kosmonavt Aleksandr Skvortsov, Amerika astronavtı Endryu Morqan və Avropa Kosmik Agentliyinin astronavt italiyalı Luka Parmitano) orbitə buraxılıb.

Xezerxeber.az-ın  "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, "Roskosmos”un baş direktoru Dmitri Roqozin bildirib ki, Beynəlxalq Kosmik Stansiyadan buraxılan peykin uçuşu normal rejimdə həyata keçirilib. 

Raket Moskva vaxtı ilə saat 19:28-də orbitə buraxılıb. Məlumata görə, "Союз МС-13"   Yer ətrafında dörd dönüş edəcək. 

Kosmik gəmi iyulun bu gecə, saat - 01:51-də öz kordinatına çatıb. 

© xezerxeber.az


191 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR