Xəzər Xəbər

Şəhid Elçin Mustafazadə dəfn olunub

Region | 16:00 • 14 İyul 2020
Şəhid Elçin Mustafazadə dəfn olunub

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə dəfn olunub.


Xezerxeber.az-ın məlumatına görə, şəhid doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində torpağa tapşırılıb.


Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Xəbər lenti