Xəzər Xəbər

İbrahim Tatlısəs ölümlə təhdid edildi

Mədəniyyət | 11:48 • 28 Dekabr 2020
İbrahim Tatlısəs ölümlə təhdid edildi
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin ölümlə təhdid edildiyi barədə məlumat yayılıb. 


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazır. 


Qeyd olunur ki, 2011-ci ildə Abdullah Uçmak tərəfindən silahlı hücuma məruz qalmış məşhur sənətçi İbrahim Tatlısəs yenidən ölümlə təhdid edilir. Sosial media üzərindən yağdırılan təhdid Abdullah Uçmaq adı ilə edilir. Odur ki, İbrahim Tatlısəs prokurorluğa müraciət edib. Onun şikayətində belə qeyd edilir: "Abdullah Uçmak tərəfindən öldürülməyə çalışıldığım hamıya məlumdur. Onun adı ilə sosial mediada təhdid edilirəm". 


Şikayətdən sonra prokurorluq əməkdaşları Tatlısəsin təhdid edildiyi sosial media hesablarını araşdırıb. Araşdırmalardan sonra prokurorluq mesajlarda hansısa təhdid xarakterli fikirlərin yer almadığı barədə qərar verib. 


Xatırladaq ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs "İbo şou" proqramından sonra binadan çıxarkən silahlı hücuma məruz qalmışdı. Güllə Tatlısəsin başından dəymiş və ağır xəsarət yetirmişdi. Müğənninin köməkçisi və sürücüsü isə hadisə yerindən sağ qurtula bilmişdi. İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Abdullah Uçmak və digər 12 təqsirləndirilən şəxs 3 ildən 36 il arasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. 

Xəbər lenti