Xəzər Xəbər

Bu heykəl 60 ildən sonra Türkiyəyə gətirildi

Mədəniyyət | 18:23 • 13 Dekabr 2020
Bu heykəl 60 ildən sonra Türkiyəyə gətirildi

Miladdan əvvəl bolluq və məhsuldarlığın rəmzi və qoruyucu olduğu hesab edilən "Ana Tanrıça Kybele" heykəli təxminən 60 ildən sonra Türkiyəyə gətirilib.


1960-70-ci illərdə qanunsuz yollarla Türkiyədən İsrailə qaçırılan bu tarixi əsər burada bir İsrail vətəndaşı tərəfindən satın alınıb. Əsərin 2016-cı ildə ABŞ-a aparılması üçün hüquq mühafizə orqanlarına müraciət olunub. Bunun ardından Türkiyənin mədəniyyət və turizm, xarici İşlər nazirlikləri və Türkiyənin Nyu-Yorkdakı Səfirliyinin birgə işləri nəticəsində 1700 il yaşı olan bu heykəl ABŞ-dan Türkiyəyə qaytarılıb.


Heykəlin hazırlanmasında istifadə edilən mərmər tipinin tipoloji xüsusiyyətləri, işçiliyi onun Anadolu mənşəli olduğu göstərir.


Hazırda İstanbul Arxeoloji Muzeyində sərgilənəcək əsərin sonra Afyonkarahisar vilayətində yeni hazırlanan muzeyə aparılması planlaşdırılır. (AZƏRTAC)

Xəbər lenti