Xəzər Xəbər

‪İstanbulda Leonardo Da Vinçinin ən böyük sərgisi açılacaq

Mədəniyyət | 14:32 • 12 Noyabr 2017
‪İstanbulda Leonardo Da Vinçinin ən böyük sərgisi açılacaq

Belçikada premyerası keçirilən dünyanın ən əhatəli Leonardo Da Vinçi sərgisi - "Leonardo Da Vinçi Expo”nun ikinci dayanacağı Türkiyənin İstanbul şəhəri olacaq.

Xezerxeber.az Türkiyə KİV-lərinə istinadən  xəbər verir ki, intibah dövrünün məşhur rəssamının əsərləri istanbullu sənətsevərlərə dekabrın 14-də yetişəcək. Sərgidə bir rəssam, filosof, musiqiçi, memar və mühəndis kimi tanınan Leonardo Da Vinçinin orijinal eskizləri vasitəsi ilə hazırlanmış 100 replikası və əlyazması, tablo və ştrixləri yer alacaq.

2018-ci il aprelin 7-dək davam edəcək sərgidə Leonardo Da Vinçinin əsərləri ilə yanaşı, bu dahi sənətkardan ilham alan Donatello, Rafael kimi digər intibah dövrü rəssamlarına aid nümunələr və sənədlər də nümayiş olunacaq.

Xəbər lenti