Xəzər Xəbər

Koronavirusun ən çox rast gəlinən simptomu açıqlandı

Maraqlı | 16:56 • 25 Noyabr 2020
Koronavirusun ən çox rast gəlinən simptomu açıqlandı

Koronavirus testi müsbət nəticələnən insanlarda ən çox rast gəlinən simptom iybilmə və dadbilmə hissinin itməsi, elmi dildə desək, anosmiyadır.


Bu barədə "Mirror” nəşri Böyük Britaniya Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verib.


Avqustun 15-dən oktyabrın 26-dək olan dövrdə alınan məlumatlara görə, bütün yaş qruplarında öskürək, daha əvvəl hesab edildiyi kimi, əsas simptom deyil.


Belə ki, 35 yaşdan yuxarı pasiyentlərin 20-40 %-i anosmiyadan əziyyət çəkib, 15-25 %-i qızdırmadan şikayət edib, cəmi 13-18 %-də isə öskürək qeydə alınıb. Nisbətən gənc pasiyentlər arasında anosmiya göstəricisi daha yüksək – 60 %-a qədər olub./report

Xəbər lenti