Xəzər Xəbər

Ehtiyatlı olun: Virus bu yolla da yoluxur – Alimlər xəbərdarlıq etdi

Maraqlı | 16:27 • 3 Aprel 2020
Ehtiyatlı olun:

Amerikalı elm adamları Ağ Evə yeni növ koronavirus pandemiyasının danışma yolu ilə yoluxduğu barədə xəbərdarlıq edib.

Elm adamlarının Ağ Evdə göndərdikləri məktubda infeksiyanın təkcə asqırmaq və öskürmək yolu ilə yox, danışmaq və nəfəs almaq yolu ilə də keçdiyi bildirilib.

Məktub ABŞ Milli Elmlər Akademiyasının mütəxəssisi Harvi Finberq tərəfindən qələmə alınıb.

O, Ağ Evə ünvanladığı xəbərdarlıqda artıq ölkədə qeyd olunan yolla ilk yoluxma hallarının qeydə alındığını diqqətə çatdırıb.

Elm adamı pandemiyanın yoluxmuş şəxsdən iki metr məsafəyə qədər yayıldığını yazıb./Teleqraf.com

Xəbər lenti