Xəzər Xəbər

Şuşada xüsusi əməliyyat: raket, mərmi aşkarlandı

Hadisə | 10:29 • 16 Yanvar 2021
Şuşada xüsusi əməliyyat: raket, mərmi aşkarlandı

2021-ci il 04-13 yanvar tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları ilə birlikdə düşmən işğalından azad olunmuş Şuşa şəhərində xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirilib.


Agentlikdən verilən məlumata görə, birlikdə aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 ədəd raket, 16 ədəd minaatan mərmisi, 15 ədəd əl qumbarası, 1 ədəd zenit top mərmisi, 48 ədəd partladıcı, 2 ədəd 9N235 bombacığı, 1 ədəd ov tüfəngi,10 ədəd avtomat darağı, 7 584 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd süngü, 4 ədəd piyada əleyhinə mina (OZM-160), 400 qr partlayıcı (TNT), 1 ədəd boru şəkilli partlayıcı (100 m) və 4 ədəd 9M528 raketinin paraşut hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Aşkar olunmuş hərbi təyinatlı əşyaların 200 000 kv.m (20 ha) əraziyə yoxlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti