Xəzər Xəbər

Güclü yağış 30 kəndi "vurdu": Elektrik enerjisi dayandı

Hadisə | 13:44 • 18 Noyabr 2020
Güclü yağış 30 kəndi "vurdu":

Xaçmaz rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.


Bir neçə gün əvvəl rayon ərazisində yağan güclü yağış selə və subasmalara səbəb olub.


Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov "Report"a açıqlamasında bildirib ki, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır: "Yağış 200-dən artıq evə və təsərrüfata ziyan vurub. Xaçmaz şəhərinin bəzi küçələrində sel suları evlərin zirzəmilərinə və alt mərtəbələrə dolub, həyətyanı sahələri su basıb. Artıq yüzdən artıq ev və həyətindən sular xüsusi nasoslar vasitəsilə çəkilib".


Onun sözlərinə görə, güclü yağış rayon ərazisinin 80 faizində elektrik enerjisinin təhcizatında da fəsadlara səbəb olub: "Görülən tədbirlər nəticəsində artıq problemlərin bir hissəsi həll edilsə də, rayonun 30-dan çox kəndində (Qaraçı, Niyazoba, Hülövlü kəndləri istiqamətində) elektrik enerjisinin verilişi bərpa olunmayıb. Nabran istiqamətində olan yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi təmin olunub. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir"./report

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti