Xəzər Xəbər

Qayın yeznəsini ov zamanı öldürdü RƏSMİ

Hadisə | 11:42 • 21 Sentyabr 2020
Qayın yeznəsini ov zamanı öldürdü

Sentyabrın 20-də saat 06 radələrində Sabirabad rayonu ərazisində 1986-cı il təvəllüdlü Aqil Nəsirovun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə XəzərXəbər-ə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.


Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.


Aparılan araşdırmalarla zərərçəkmişin qayını Zəka Nəsirovun qeyd edilən tarixdə ovda olarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Aqil Nəsirovun xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.


Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Zəka Nəsirov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar