Xəzər Xəbər

Biləsuvarda polis ictimai nəqliyyatda reyd keçirib

Hadisə | 11:27 • 21 Avqust 2020
Biləsuvarda polis ictimai nəqliyyatda reyd keçirib

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları ictimai nəqliyyatda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə, eləcə də karantin rejimi zamanı müəyyən edilmiş normadan artıq sərnişin götürən sürücülərə qarşı reyd keçirib.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayonu daxilində sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində keçirilən reyd zamanı bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.


Onlarla profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyatdan istifadə edən sakinlərə tibbi maskalar paylanıb.


Reyd zamanı həmçinin, avtobuslarda normadan artıq sərnişin götürən sürücülərə ciddi xəbərdarlıq edilib.  Xəbərdarlıqlara baxmayaraq, qaydaları pozan sürücülər barəsində müvafiq qaydada protokollar tərtib edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti