Xəzər Xəbər

Bakıda dəhşətli qısqanclıq: Gənc arvadını ölümcül edib yol kənarına atdı

Hadisə | 11:06 • 1 Avqust 2020
Bakıda dəhşətli qısqanclıq:

Bakıda arvadını öldürməkdə təqsirli bilinən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.


İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.


Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü Yavər Əliyev 1995-ci il doğumlu həyat yoldaşı Nuranə Əliyevanı qısqanclıq zəminində Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb, daha sonra yolun kənarına atıb.


Yaralı yoldan keçən şəxslərin köməyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nuranə Əliyeva xəstəxanada dünyasını dəyişib.


Müəyyən olunub ki, Yavər Əliyev arvadının onu başqa kişi ilə aldatmağından şübhələnib və cinayətə əl atıb.


Qeyd edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.


İstintaq orqanı tərəfindən Yavər Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib./teleqraf

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti