Xəzər Xəbər

Bakıda bacısını və onun sevgilisini bıçaqlayan şəxs tutulub

Hadisə | 11:25 • 27 İyul 2020
Bakıda bacısını və onun sevgilisini bıçaqlayan şəxs tutulub

İyulun 25-də saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan, 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.


Yasamal rayon prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.


İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və sonuncu ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.


Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Sadiq Sadiqov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar