Xəzər Xəbər

Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü

Hadisə | 16:36 • 20 Mart 2020
Beyləqanda müvəqqəti duracağa aparılan sürücü öldü

Martın 19-u saat 17 radələrində Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları xidmətdə olarkən hərəkətdə olan "Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər İttifaqından qalan (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, yerindəcə araşdırmalar zamanı avtomobilin sürücüsü - 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq, Yol Patrul Xidməti (YPX) əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar.

Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılan Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti