Xəzər Xəbər

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıb - FOTO

Hadisə | 12:11 • 5 Yanvar 2020
Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıb -

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.


Baş İdarəyə iki nəfər şəxsin sosial şəbəkələr vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirmələri barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri tədbir zamanı həmin şəxslər əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində şəxsi aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.


Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər istintaqa şəxsiyyəti məlum olmayan "Mehdi” adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə ediblər. Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər.


Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti