Xəzər Xəbər

Tanışının bacısına sataşdı: Blokda qanlı “razborka”

Hadisə | 13:08 • 21 Dekabr 2019
Tanışının bacısına sataşdı:

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Telman Hüseynovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, bu ilin iyulun 21-də saat 17 radələrində Xətai rayonunda yerləşən evin blokunda Elşən Məmmədov tanışı, 1987-ci il təvəllüdlü Fuad Hüseynovu bıçaqlayıb.

Məlum olub ki, Fuad Hüseynov hadisədən əvvəl Elşən Məmmədovun bacısını təhqir edib. Bacısının Fuad Hüseynov tərəfindən təhqir olunduğunu eşidən Elşən Məmmədov onun yaşadığı ünvana gedib.

Orada Elşən Məmmədovla Fuad Hüseynovun arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Fuad Hüseynov "Azərsutikinti" xəstəxanasına yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Elşən Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib./teleqraf

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti