Xəzər Xəbər

DƏHŞƏTLİ QƏTL: Azərbaycanda kişini öldürüb evlə birgə yandırdılar

Hadisə | 14:11 • 9 Dekabr 2019
DƏHŞƏTLİ QƏTL:

Ötən gün Astara rayonunun Şiyəkəran kəndində ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə yanması və oradan 1962-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlunun yanmış meyitinin yanğınsöndürənlər tərəfindən aşkar edilməsi barədə məlumat vermişdik.

XəzərXəbər xəbər verir ki, ilkin raşdırmalar zamanı Cabir Əıiyevin öldürüldüyü və daha sonra evin yandırıldığı üzə çıxıb. Belə ki, ev sahibi Əliyev Sadiq Novruz oğlu ilə Cabir Əliyev arasında dekabrın 7-də evin yataq otağında münaqişə baş verib. Bu zaman S.Əliyev həmyerlisinə odun parçası və bıçaqla zərbələr endirərək onu öldürüb. Ev sahibi hadisədən bir gün sonra evdəki sobaya təpiklə zərbə endirib və yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər Cabir Əliyevin meyitini aşkarlayıb.

Faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti