Xəzər Xəbər

Sabunçuda köşkə silahlı basqın edən maskalı şəxslər saxlanıldı - FOTO

Hadisə | 12:39 • 29 Noyabr 2019
Sabunçuda köşkə silahlı basqın edən maskalı şəxslər saxlanıldı -

Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən köşklərdən birinə basqın edən naməlum şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, naməlum maskalı şəxslər obyektə daxil olaraq satıcıya bıçaqla hədə-qorxu gələrək 800 manat və 1000 manat dəyərində mobil operatorlara məxsus danışıq kartları ələ keçiriblər.

Faktla bağlı məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altan Ağamalıyev və Lerik rayon sakini Firuz Qasımlı saxlanılıblar. Onların üzərlərinə baxış keçirilən zaman köşkdən ələ keçirdikləri danışıq kartları, yaşadıqları mənzillərdən isə cinayət zamanı istifadə etdikləri papaqlar, əlcəklər və bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edək ki, Altan Ağamalıyev əvvələr həmin köşkdə satıcı işlədiyindən cinayət törətmək təklifini də əvvəlcə o edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti