Xəzər Xəbər

DİN vəzifəli şəxsin sürücüsü və xanımının öldüyü hadisə barədə məlumat yaydı

Hadisə | 14:34 • 26 Noyabr 2019
DİN vəzifəli şəxsin sürücüsü və xanımının öldüyü

Daxili İşlər Nazirliyi dünən Bakının Qaradağ rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 25-də saat 1 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Tovuz rayon sakini Rövşən Cabbarov idarə etdiyi "Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən Əminə Zeynalova hadisə yerində ölüblər.

Qeyd edək ki, qəzaya düşən avtomobil Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun maşını olub və nəqliyyat vasitəsində onun ailə üzvləri olub. Belə ki, 60 AA 002 dövlət nömrə nişanlı "Hunday Tukson” markalı maşın yoldan çıxaraq aşıb.

Qəza nəticəsində R.Zeynalovun xanımı Əminə Zeynalova və sürücüsü Rövşən Cabbarov dünyasını dəyişib.

R.Zeynalov özü və oğlu isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti