Xəzər Xəbər

Səbinə və dəstəsi tərəfindən evi soyulan müğənni: Açarı vermişdim, surətini çıxarıb

Hadisə | 15:54 • 30 Sentyabr 2019
Səbinə və dəstəsi tərəfindən evi soyulan müğənni:

Saat 19:00-21:00 radələrində ailə məclisinə getdik. İki saatərzindəevdə heç kəs olmayıb. Qapı qonşum mənzilimə girərək seyfi oğurlayıb. Vaxt olub ki, biz açarı qonşuya vermişik. O da bundan istifadə edib, açarın surətini çıxarıb və bu yolla mənzilə daxil olub. Ağlımın ucundan belə keçməzdi ki, oğurluğu qapı qonşum edər. Xəbər tutanda şoka düşdüm.

Bu sözləridəstə üzvləri tərəfindən mənzili qarət olunan "FM Express” estrada qrupunun banisi və solisti Fuad Musayev Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

O,hələ də oğurlanan 1800 dollar pulun geri qaytarılmadığını bildirib.

"Oğurluq edənqonşumunanası gəlib məndən üzr istəməyib. Elə bil ki, mən onların evlərini soymuşam. Yəqin, utandığından gəlmir. Mənzilimdə it də var. Amma qonşunu tanıdığından ona heç bir reaksiya verməyib. Çünkiit onu yaxşı tanıyır.

Qonşum evə girib, iti hamamakilidləyib. Daha sonra isə dəstənin digər üzvləri mənzilə daxil olub. Heç istəməzdim ki, bu cür hadisə ilə mətbuat məndən yazsın vəgündəmə gəlim. Amma bu cür hadisədən heç kəs sığortalanmayıb”.

Qeyd edək ki, Bakı sakini F.Musayevin yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyf naməlum şəraitdə oğurlanıb.

Səbail RPİ və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəstə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyeva evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədilə orada qazaraq basdırıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti