Xəzər Xəbər

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

Hadisə | 15:23 • 30 Sentyabr 2019
Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, sentyabrın 17-də Bakı şəhər sakini X.Əhmədovanın içərisində 40 manat və mobil telefon olan pulqabını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Abşeron rayon sakini R.Rüstəmov Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.


Sentyabrın 26-da A.Sadıqovanın içərisində 1000 manat pul və iki mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə almağa cəhd göstərmiş Bakı şəhər sakini Y.Miroşniçenko isə Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti