Xəzər Xəbər

Bakıda keçmiş məhkumun üzərindən 1 kq-dan çox heroin aşkarlanıb

Hadisə | 16:58 • 23 Sentyabr 2019
Bakıda keçmiş məhkumun üzərindən 1 kq-dan çox heroin aşkarlanıb

Bakı Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.


Sabunçu rayonunda keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin dələduzluq - mənimsəmə maddəsi ilə məhkum olunmuş paytaxt sakini Vaqif Qəmbərov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 30 qram heroin aşkar olunaraq götürülüb. V.Qəmbərov narkotik vasitənin ona məxsus olduğunu və bir neçə ay əvvəl şəxsiyyəti istintaqa məlum olmayan tanışından aldığını bildirib. O, narkotik vasitəni əldə edəndən sonra yaşadığı Ramana qəsəbəsi ərazisində gizlədib.


Faktla bağlı V.Qəmbərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baş İdarənin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti