Xaçmaz rayonunda ağır yol qəzası baş verib.
Avqustun 4-də saat 2 radələrində Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində Nağı-oba kənd sakini Q.Novruzov idarə etdiyi "VAZ-21093” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Sahib Xalıqovu, E.Babaəliyevi və K.Abbasəliyevi vurub.
Nəticədə S.Xalıqov hadisə yerində ölüb.
Digər 2 piyada isə xəstəxanaya yerləşdirilib.
Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.