Xəzər Xəbər

Bakıda qaz xəttinin üzərinə ağac aşdı- 2 bina qazsız qaldı

Hadisə | 16:34 • 5 Avqust 2019
Bakıda qaz xəttinin üzərinə ağac aşdı- 2 bina qazsız qaldı

Nəsimi rayonu Dilarə Əliyeva 243 və 249 saylı binaları təbii qazla təmin edən aşağı təzyiqli qaz xətti ağac aşması nəticəsində zədələnib.

"Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, hadisə ilə əlaqədar 500 abonentin qaz təminatında məhdudiyyət yaranıb.

Qeyd edək ki, bu gün Abşeron yarımadasında küləyin sürəti saniyədə 23-28, bəzən 30-35 metrədək çatır.

Xəbər lenti

Çox oxunanlar