Xəzər Xəbər

Abşeronda 108 min yumurta məhv edildi

Hadisə | 10:13 • 27 İyul 2019
Abşeronda 108 min yumurta məhv edildi

Abşeron rayonunda istehsal olunan 108 min ədəd toyuq yumurtası məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən XəzərXəbər-ə bildirilib ki, hadisə rayonun Hökməli qəsəbəsi, "At yalı” adlanan ərazisində fəaliyyət göstərən Əliyev İsmayıl Xucu oğluna məxsus ərzaqlıq yumurta istehsalı müəssisəsində baş verib.

Belə ki, müəssisəyə baxış zamanı 108 min ədəd toyuq yumurtasının üzərində heç bir markalanma aparılmadığı, məhsulun insan istehlakı üçün yararsız olduğu məlum olub.

Agentlik əməkdaşları tərəfindən normativ hüquqi aktların tələblərinə cavab verməyən və istifadəyə yararsız məhsullar Sumqayıt Şəhər Təmizlik Departamentinə məxsus Məişət Tullantıları Poliqonunda məhv edilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti