Mərdəkan çimərliyində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova "KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini - 3 yaşlı Əliağa Mustafayevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.