Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 133.2.1; 133.2.3; 133.2.4; 144.3; 182.2.3; və 66.3-cü maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Qelaşvili Mogeli Tariyeloviç ilə qısamüddətli görüşə gəlmiş qohumu Gürcüstan Respublikası vətəndaşı Abuladze İvane Stepanoviçin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman plastik qabda kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Faktla bağlı araşdırma aparılır.