Xəzər Xəbər

Gözətçilər qoruduqları mağazanı soydu

Hadisə | 15:07 • 22 May 2018
Gözətçilər qoruduqları mağazanı soydu
Mayın 20-də Gəncə şəhər sakini gecə saatlarında ərazidə xidmət aparan polis əməkdaşına yaxınlaşaraq bildirib ki, ona məxsus mağazadan ümumi dəyəri 1000 manat təşkil edən müxtəlif geyim oğurlanıb.


DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Elvin Bağırov, əvvəllər məhkum olunmuşlar Elçin Xeyirxəbərov və Tural Əliyev maddi sübutlarla birlikdə yaxalanaraq Kəpəz RPİ-nə gətirilib.


Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisəsini etiraf ediblər. Qeyd edək ki, saxlanılan şəxlər mağazanın yerləşdiyi ticarət mərkəzində gözətçi işləyiblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar