Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində güclü yanğın baş verib.
Yanğın zamanı ev sahibi Altay Verdiyev yanaraq dünyasını dəyişib. A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ev sahibinin ən ev sahibinin həyat yoldaşı isə yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.
Yanğının qaz sızmasından baş verdiyi bildirilib. (Apa)
Sevinc