Xəzər Xəbər

Bayden Trampı inaqurasiyasına dəvət etdi

Gündəm | 10:24 • 4 Dekabr 2020
Bayden Trampı inaqurasiyasına dəvət etdi

ABŞ prezidentliyinə namizəd Co Bayden rəqibi, Ağ Evinhazırkıbaşçısı Donald Trampı andiçmə (inaqurasiya) mərasiminə dəvət edib.

O, bu barədə CNN-ə verdiyi müsahibədə deyib.

Baydenin sözlərinə görə, Trampın mərasimə gəlməsi onun üçün əhəmiyyət kəsb etmir. Eyni zamanda o qeyd edib ki, bu xaosun sona çatdığını göstərəcək. Bundan əlavə, rəqib partiyaların əl-ələ verib, yollarına davam edib hakimiyyətin dinc şəkildə ötürülməsini göstərmələri simvolik məna daşıyacaq.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq. (oxu.az)

Sevinc 

Xəbər lenti

Çox oxunanlar