Xəzər Xəbər

Artıq hər gün ölənlərin sayı 30-dan çoxdur - Deputatdan xəbərdarlıq

Gündəm | 11:48 • 30 Noyabr 2020
Artıq hər gün ölənlərin sayı 30-dan çoxdur -

COVİD-19-a yoluxanların sayının azalması üçün ilk növbədə insanlar Operativ Qərargahın müəyyən etdiyi qaydalara əməl etməlidir.


Bunu Xezerxeber.az-a açıqlamasında Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü, deputat İlham Məmmədov koronaya yoluxanların sayının çoxalması məsələsinə münasibət bildirərkən deyib.


O bildirib ki, hər kəs şüurlu şəkildə xəstələyin ciddiliyini dərk etməlidir:

"Son günlər artan yoluxma sayının azalması üçün hər birimiz bütün qaydalara əməl etməliyik. Operativ Qərargahın situasiyaya uyğun müəyyən etdiyi sərt karantin rejiminin əsas məqsədi yoluxmanın bu sürətlə yayılmasının qarşısını almaqdır. Bu cür sərt qaydaların tətbiq olunması səhiyyənin üzərinə düşən yükün həddindən artıq ağır olmasıdır. Artıq xəstəxanalarda yeni yoluxanlar xəstələr üçün yer yoxdur.

İnsanlara bu xəstəliyin ciddiliyini anlamaları üçün çağırış edirəm. Təsəvvür edin ki, artıq hər gün ölənlərin sayı 30-dan çoxdur. Yoluxma çoxaldıqca ağır olan xəstələrin sayında da bu artım özünü biruzə verir. Ona görə də lüzum olmadığı təqdirdə evdən çölə çıxmaq lazım deyil. Şəhərdə hərəkətliliyi azaltmalı, ictimai nəqliyyatda diqqətli olmalıyıq. Amma bu gün şəhərdə insanlar sanki istirahət edirmiş kimi mağazalara, marketlərə və ya parklara gedir. Lazım olmadığı halda belə küçələrə çıxırlar. Hesab edirəm ki, bunların hamısı çox kəsgin şəkildə hər gün qeyd olunmalıdır. Çünki azalmanın qarşısını azaltmaq üçün ikinci bir yol yoxdur. Şüurlu şəkidlə bütün qaydalara əməl edilməlidir”.


Deputat onu da əlavə edib ki, COVİD- 19 xəstəliyi üçün ən önəmli qayda maska taxmaq, məsafəni gözləmək və hərəkətliliyi azaltmaqdır.


Sevinc Yasinqızı 


Xəbər lenti