Hazırda Azərbaycanda COVID-19-a yoluxan ağır xəstələrə konvalesent plazma müalicəsi tətbiq olunur. Müalicənin müsbət nəticələri var.
Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O, yaxın zamanlarda bununla bağlı statistikanın açıqlanacağını da diqqətə çatdırıb.