Xəzər Xəbər

Qarın hündürlüyü 43 sm-ə çatdı temperatur mənfi 15 dərəcəyədək endi

Gündəm | 12:05 • 9 Fevral 2020
Qarın hündürlüyü 43 sm-ə çatdı

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.


XəzərXəbər-in APA-ya istinadən xəbərinə görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.


Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.

Xəbər lenti

Çox oxunanlar