Xəzər Xəbər

Nazir müavini: “Azərbaycan Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə maraqlıdır”

Gündəm | 11:33 • 3 Oktyabr 2019
Nazir müavini: “Azərbaycan Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə maraqlıdır”

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) regionda sülhün bərqərar olmasında rol oynayıb”.


Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Türk Şurası: Naxçıvan Sazişinin 10 illiyi” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.


Nazir müavini bildirib ki, Türk Şurası regionda sülhün bərqərar olmasında və ümumi maraq doğuran sahələrdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb.


R. Həsənov bundan sonra da Türk Şurasının əməkdaşlıqda hərəkətverici qüvvə olaraq fəaliyyətinə davam edəcəyinə inandığını qeyd edib: "Azərbaycan iki və çoxtərəfli formatda Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqda maraqlıdır. İnanırıq ki, Türk Şurası qarşımızdakı məqsədlərə və hədəflərə nail olmaq üçün güclərin birləşdirilməsinə töhfə verməyə davam davam edəcək”. (APA)

Xəbər lenti