Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat idarəsindən XəzərXəbər-ə verilən məlumata görə, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş iyunun 20-də Vaşinqton şəhərində keçiriləcək.
Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilir.