Xəzər Xəbər

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycana minnətdarlıq etdi

Gündəm | 12:33 • 5 İyun 2019
Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycana minnətdarlıq etdi

BMT Baş Assambleyasının Nyu-York şəhərində keçirilən 73-cü sessiyasında Gürcüstan və daha 44 ölkənin irəli sürdüyü qətnamə qəbul olunub.

XəzərXəbər xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə qətnaməni 79 ölkə dəstəkləyib. Səsvermədə iştirak edən 15 ölkə sənədin əleyhinə səs verib, 57 ölkə səs verməyib, 39 ölkə isə səsvermədə iştirak etməyib.

Azərbaycan Gürcüstanın təqdim etdiyi qətnaməni dəstəkləyən ölkələrdən biri olub. Ermənistan isə səsvermədə iştirak etməyib.

Gürcüstanın Xarici İşlər Nazirliyi növbəti dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.

Xəbər lenti