Xəzər Xəbər

Din xadimi rəsmi nikah olmadan kəbin kəsə bilməz

Gündəm | 12:59 • 23 May 2018
Din xadimi rəsmi nikah olmadan kəbin kəsə bilməz
"Heç bir din xadimi rəsmi nikah olmadan kəbin kəsə bilməz. Əgər sənəd nikaha girən şəxslər üzərində məsuliyyət qoymursa, o kəbinin Allah, dövlət qarşısında hüquqi səlahiyyəti yoxdur. Dini yanaşma bundan ibarətdir”


XəzərXəbər xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisdə keçirilən "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmədə deyib.


Komitənin sədr müavini qeyd edib ki, dini baxımdan ailə institutu ilə bağlı təhdid yoxdur, əgər belə hal varsa, bu, dinlə bağlı deyil.

Onun sözlərinə görə, bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir.

Xəbər lenti