Ermənistanda son sutkada koronavirusa (COVID19) 198 yeni yoluxma qeydə alınıb.
Ermənistan mediasının verdiyi xəbərə görə, ölkədə bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 165 909 nəfərə çatıb.
Son sutka ərzində koronavirusdan 4 nəfər vəfat edib ki bununla da Ermənistanda xəstəlikdən ölənlərin ümumi sayı 3 034-ə yüksəlib.
İndiyədək 154 535 nəfər xəstəlikdən sağalıb, 7 593 nəfərin müalicəsi davam edir.