Xəzər Xəbər

Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

Dünya | 09:55 • 23 Yanvar 2021
Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyi təsdiqlənib

ABŞ Senatı ehtiyatda olan 67 yaşlı general-leytenant Lloyd Ostinin Pentaqon rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 93 senator onun namizədliyinə, 2-si isə əleyhinə səs verib.


Onun bir gün əvvəl namizədliyini Senatın profil komitəsi dəstəkləyib.


Qeyd edək ki, 7 ildən az müddətə mülki müdafiə naziri vəzifəsinə namizədlər Konqres tərəfindən təsdiq edilməlidirlər.


Ostin 2016-cı ildə təqaüdə çıxıb. O, Almaniyada və ABŞ-ın bir çox ştatlarında xidmət edib.


2010-cu ildə ABŞ-ın İraqdakı qüvvələrinin komandiri kimi qoşunların ölkədən tədricən geri çəkilməsinə məsul olub.


2011-ci ilin dekabrında Quru Qoşunları Baş Qərargah Komandanının müavini təyin edilib.


2013-2016-cı illərdə ABŞ Mərkəzi Komandanlığına rəhbərlik edib. Bu vəzifədə Vaşinqtonun İŞİD-lə mübarizə strategiyasının inkişaf etdirilməsində əsas rol oynayıb.


2016-cı ildə təqaüdə çıxdıqdan sonra ən böyük silah istehsalçısı "Raytheon”un İdarə Heyətində vəzifə alıb.

Xəbər lenti