Xəzər Xəbər

ÜST Çinə ekspert qrupu göndərəcək

Dünya | 16:51 • 24 Noyabr 2020
ÜST Çinə ekspert qrupu göndərəcək

Çin və Ümumdünya Səhiyyə Təşkilatı hazırda koronavirusun yaranma izlərini axtarmaq üçün ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyətinin Çinə səfər etmək imkanlarını müzakirə edirlər.


Bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan brifinqdə bildirib.


"Koronavirusun mənşəyinin müəyyənləşdirilməsi elmi məsələdir. Hazırda dünyanın müxtəlif ölkələrindən mütəxəssislər bu barədə araşdırmalara başlayıblar. Amma koronavirusun ilkin mənbəyinin müəyyən edilməsi çox çətin prosesdir, bir çox ölkənin iştirakını tələb edə bilər”, - diplomat əlavə edib.


ÜST artıq çinli həmkarları ilə məsafədən əlaqə quran və hadisə yerinə getməli olan beynəlxalq ekspert qrupu yaradıb. "Çinin hakimiyyət orqanlarının məlumat açıqlığı yaradacğına və onlarla səmərəli əməkdaşlığa ümid edirik”, - ekspert deyib./report

Xəbər lenti